“Qadın ana olduğu üçün işdən kənarda qalmamalıdır” – Razi Nurullayev
Qadınların ana olduqdan sonra əmək bazarından kənarda qalmaması üçün uşaq baxımı və əmək şəraiti ilə bağlı əlavə imkanların yaradılması təklif olunub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, uşaq baxımı ailələrə dövlət dəstəyi sisteminin mühüm hissəsi olmalıdır:
“Elə şərait yaratmalıyıq ki, qadın ana olduğu üçün əmək bazarından kənarda qalmasın. Bağçaların əlçatanlığı, çevik iş imkanları və valideynlər üçün uyğun əmək şəraiti bu sistemin təbii hissəsi ola bilər”, – R.Nurullayev vurğulayıb.
O qeyd edib ki, uşaqların təhsil və inkişaf imkanlarına yönələn dövlət dəstəyi də ailələr üçün mühüm əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, məqsəd yalnız daha çox uşağın dünyaya gəlməsi deyil, daha təhlükəsiz və övladını gələcəyə inamla hazırlaya bilən ailələrin formalaşmasına dəstək göstərmək olmalıdır.
Digər Xəbərlər
30 Sentyabr 2026 12:20
"Azərbaycanda ailə dəyərləri tənəzzülə doğru gedir" - Deputat
30 Sentyabr 2026 12:01
"Bir sıra hallarda kobud qanun pozuntularına yol verilir" - Deputat
30 Sentyabr 2026 11:46
Deputat sənədsiz evlərdən danışdı
30 Sentyabr 2026 11:41
“Bu qarşıdurmanın Ermənistandan kənarda da əks-sədası olacağı gözləniləndir”
30 Sentyabr 2026 11:40
Sosial şəbəkələrdə radikallaşmanın qarşısı alınmalıdır - Sahib Alıyev
30 Sentyabr 2026 11:37
"Həmrəylik təkcə zaldan çıxmaqla ölçülmür" - Millət vəkili
30 Sentyabr 2026 11:35
Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir - Sahibə Qafarova
30 Sentyabr 2026 11:15


Bakı -°C

