Vətən müharibəsinin 44 gününü Azərbaycan xalqı səngərdəki əsgər kimi yaşadı. Bu müharibə hamının içindən keçdi.
Avropa Liqasının 1/16 pley-off oyununda «Qarabağ» evdə «Braqa» ilə 120 dəqiqə səngərlərdəki əsgərlərimiz kimi döyüşdü. Əslində 120 dəqiqədən çox çəkdi oyun. Onun da 70-80 dəqiqəsini 10 nəfərlə qaldıq, amma «Qarabağ» geri çəkilmədi. Qurban Qurbanovun ayğır atları Portuqaliya kimi bir futbol ölkəsinin liderlərindən biri «Braqa»nı tapdalayıb keçdi.
Bütün Azərbaycan xalqı 44 günlük müharibə kimi bu 120 dəqiqəni Qurban Xoca və futbolçuları ilə birgə yaşadı.
İndi saytlara baxıram, sosial şəbəkələrə baxıram, yazırlar ki, «Bayer»i keçə bilməyəcəyik. Mənə zəng edən bütün saytlara isə deyirəm ki, «Bayer»i də tapdalayıb keçəcəyik.
Dostlar, niyə uşaqları ruhdan salırsınız? Bu futboldu, gərək biz uşaqlara ruh verək. Onlara qələbə üçün inam aşılayaq. Yoxsa uduzacaqlar. Niyə uduzacaqlar axı? Allah eləməsin, uduzsalar da döyüşüb uduzacaqlar. Bu uşaqların babaları Berlinə bayraq sancıb, indi onların nəvələri də
Leverkuzenə bayraq sancacaq.
Tanrı köməkləri olsun!
Yazarın digər yazarlar
Aqil ABBAS: RƏMİŞ - (Povest) - II (DAVAMI)
RƏMİŞ - (Povest) - Aqil ABBAS yazır
MİLÇƏK BİR ŞEY DEYİL, AMMA ERMƏNİ KİMİ KÖNÜL BULANDIRIR - Aqil ABBAS yazır
BİRLƏŞMİŞ MİLLƏTLƏR ÇAYXANASI… - Aqil ABBAS yazır
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - SON
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… (Sonuncudan əvvəlki)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XII (DAVAMI)


Bakı -°C
