adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7

02.22.2022... “Lenin Ukraynası”   – Eminquey yazır

EMİNQUEY AKİF
543 | 2022-02-24 14:17

Siyasətlə nə indi yaxından-uzaqdan əlaqəm var, nə də heç bundan sonra da olacağını düşünmürəm. Amma bununla yanaşı uzun müddətdir ki, dünyada gedən proseslərə gələn siyasi şərhləri oxuyuram. İstər bizimkilərin, istərsə də qardaş türklərin. Vəziyyət bu ki, siyasi şərhlər günə, hətta saata uyğun verilir. O səbəbdən ki, bugün Ukrayna ilə Rusiya arasında müharibə mövzusu gündəm olur, sonra Putin başqa qərar verir. Bu qərar müzakirə mövzusuna çevrilir, hamı müharibədən əlini üzür, sabası Putin müharibəyə başlayır. Vəziyyət bu qədər dinamik və gərgindir.

“Sözçü”nün yazarı Deniz Zeyrekin köşəsində rastlaşdım. O yazır ki, Azərbaycan Müsavat Partiyasının sədrinin xarici əlaqələr üzrə müavini Səxavət Sultanlı fevralın 21-i Putinin gün/ay/il rəqəmləri eyni olan tarixləri sevdiyini və Gürcüstanı 08.08.2008 tarixində işğal etdiyini yazır və Rusiyanın 02.22.2022 tarixində Ukraynaya girə biləcəyi təxminini paylaşır. Qəribə olan budur ki, rus tankları məhv bu tarixdə, hətta 22-ci dəqiqəsində Ukraynanın Donbas bölgəsinə girməyə başladı. Yəni Səxavət bəy haqlı çıxdı.

Rəqəmlərdəki bu incə məqamın təsadüf olmadığı Səxavət bəyin paylaşımında üzə çıxdı. Çünki bu cür simvolların eyni zamanda cəsuslar müharibəsi olan II Dünya müharibəsində çox istifadə olunduğunu, Putinin də o cəsuslar müharibəsinin baş aktyoru olan KQB-nin köhnə agenti olduğunu bilirəm.

O, həm də rəqəmlərin mistikasına inanan adamdır.

KQB Putinə sadəcə simvollara önəm vermək vərdişini deyil, eyni zamanda bir “taktikaçı və strategist” olmaq xüsusiyyətini qazandırmışdı.

Putin Ukraynaya girməmişdən öncə nə deyirdi?

“Leninin dövlət quruculuğu prinsipləri adi səhvdən qat-qat pis idi. Sovet Ukraynası bolşevik siyasəti nəticəsində formalaşıb. Bu gün biz Ukraynanı “Vladimir İliç Lenin Ukraynası” adlandıra bilərik. Lenin, Ukraynanın yaradıcısı və memarı. Arxiv sənədləri bunu təsdiqləyir, o cümlədən Leninin Donbası Ukrayna ilə birləşdirən sərt əmrləri”.

Putinin Ukraynanın X və XI yüzilliklərdə nə vəziyyətdə olduğuna dair cümlələrini nəzərə alsaq, bu sözlərin tərcüməsi budur: “Rusiyada Bolşeviq inqilabı yaşanmasa, rus imperiyası davam etsə, Ukrayna adlı bir ölkə olmayacaqdı”.

Deniz Zeyrekdən ilhamlanıb və öz bildiklərimə, gördüklərimə söykənib yazıram ki, bu çıxış həqiqətən də tarixi çıxışdır. Putinin rus milliyətisi və ekspansionist siyasətini (biz ona imperialist siyasət deyirik) ortaya qoyur. Ukrayna haqqında dedikləri isə həqiqətən çətin həzm olunan sözlərdir. Yəni Putin Ukraynanın varlığını inkar edir. Lap Hitlerin II Dünya müharibəsində Polşa haqqında dediyinə bənzədi.

Putin Krımda da, Çeçenistanda da, Gürcüstanın muxtar ərazilərində də, Belarusda da nə etmək istəyirdisə, bu da o siyasətin davamıdır.

Müharibə siyasətin başqa yollarla davamın başqa bir şey deyil.

Rusiya da öz siyasətinə bu yolla davam etdi. Bundan 8 il qabaq 2014-cü ildə müstəqillik elan edən Donbas bölgəsinin Donetsk və Luqansk şəhərlərini əvvəlcə tanıdı, sonra da əsgər göndərib nəzarət altına aldı.

Baxmayaraq ki, 2015-ci ildə Minsk razılaşması ilə muxtariyyətin verilməsi ilə seçkilərin keçirilməsinə qərar verilib.

İstənilən halda, Rusiya ilə Ukrayna uzaqdan qardaşdırlar. Böyük miqyasda insan itkisinə inanmıram. Heç Rusiya vətəndaşları da bu duruma haqq qazandırmazlar.

TƏQVİM / ARXİV