Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri ölkənin Məkkə inzibati rayonu üzərində dron ələ keçirdiklərini elan ediblər.
Adalet.az xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi general-mayor Türki əl-Maliki "X"də məlumat yayıb.
"Hava hücumundan müdafiə qüvvələri Məkkə rayonunda pilotsuz uçuş aparatı (PUA) ələ keçiriblər", - paylaşımda deyilir.
Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) isə müqəddəs şəhərə doğru PUA buraxdıqları ilə bağlı xəbərləri rədd edib. Hərəkatın sözçüsü Yəhya Saria noyabrın 3-ü Səudiyyə Ərəbistanına zərbə endirmədiklərini bəyan edib. O, koalisiyanın bəyanatını "ağ yalan" adlandırıb.
Qeyd edək ki, koalisiya qüvvələri daha əvvəl də husiləri müsəlmanlar üçün müqəddəs olan Məkkə və Mədinə şəhərlərinə zərbə endirmək cəhdində ittiham ediblər. İslam dininə etiqad edən husilər isə bu iddiaları qətiyyətlə rədd ediblər.
Digər Xəbərlər
03 Noyabr 2026 18:42
Trampdan İsraillə bağlı ŞOK QƏRAR
03 Noyabr 2026 17:52
Asiyada ikinci NATO yaratmaq istəyirlər
03 Noyabr 2026 14:35
Avropanın ən çox axtarılan narkobaronuna görə rekord mükafat təklif edildi
03 Noyabr 2026 11:33
Rusiya və Ukrayna danışıqları bərpa edir
03 Noyabr 2026 10:19
Nikol Paşinyan Brüsselə yollandı
03 Noyabr 2026 10:14
15 ildən sonra məzarı açılan Kaşif Kozinoğlunun saçlarında ölümcül maddə çıxdı
03 Noyabr 2026 10:11
Təyyarə qəzasında ölənlər milyonçu və ailəsi olub - Ad günü imiş...
03 Noyabr 2026 09:00


Bakı -°C

