Zakir Həsənov Giorgi Matiaşvilini qəbul etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvilini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin ordularımız arasında əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.
Nazir hərbi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant G.Matiaşvili hərbi əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.
Görüşdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
17 Noyabr 2026 16:22
"Əlilliyi ləğv edilənlər iş tapmaqda çətinlik çəkirlər" - Deputat
17 Noyabr 2026 15:51
İlham Əliyev bu sənədləri təsdiqlədi
17 Noyabr 2026 15:40
Uzunmüddətli xəstəlik zamanı gəlir itkisi kompensasiya edilsin – Deputat
17 Noyabr 2026 14:32


Bakı -°C

