adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2026 15:51
50
SİYASƏT
A- A+

İlham Əliyev bu sənədləri təsdiqlədi

Azərbaycan və Özbəkistan arasında iki sənəd təsdiqlənib.

Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunları imzalayıb.

Belə ki, 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib.