Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
Almaniyanın xarici işlər naziri Yohann Vadeful bu gün Azərbaycana səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə "Deutschlandfunk" radiosu Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Vadefulun Bakıda keçirəcəyi görüşlərdə iyul ayında razılaşdırılmış strateji gündəliyin həyata keçirilməsi, Ermənistanla sülh prosesi və Rusiyanın Cənubi Qafqazdakı rolu əsas müzakirə mövzuları olacaq.
Almaniya XİN rəhbəri noyabrın 18-də isə Ermənistana yollanacaq. İrəvanda keçiriləcək danışıqlarda Ermənistanın Avropa İttifaqına yaxınlaşması və Azərbaycanla münasibətlərin normallaşdırılması məsələləri də müzakirə olunacaq.
Digər Xəbərlər
17 Noyabr 2026 12:53
Milli Məclis gələn ilin büdcəsini ilk oxunuşda qəbul etdi
17 Noyabr 2026 12:49
Deputat "Bura danışmaqxanadı" dedi, spiker irad bildirdi
17 Noyabr 2026 12:41
Mariam Kvrivişvili Azərbaycana rəsmi səfərə yollanıb
17 Noyabr 2026 11:34
Türkiyə MMN Azərbaycanı təbrik etdi
17 Noyabr 2026 11:14
“Rusiya Prezidentinin Ukrayna siyasətində dəyişikliyinə işarə edən heç nə yoxdur”
17 Noyabr 2026 08:56
Hikmət Hacıyev Aİ-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü
17 Noyabr 2026 00:06
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı PAYLAŞIM
16 Noyabr 2026 19:40


Bakı -°C

