Uzunmüddətli xəstəlik zamanı gəlir itkisi kompensasiya edilsin – Deputat
"Mövcud sosial yardım mexanizmlərindən yararlana bilməyən, lakin həqiqətən köməyə ehtiyacı olan ailələr üçün dövlət büdcəsində ayrıca fərdi sosial dəstək fondu yaradılmalıdır".
Adalet.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, müxtəlif prosedurlar, gəlirlərin hesablanması və digər meyarlar səbəbindən ağır vəziyyətə düşən bəzi ailələr mövcud sosial yardımdan yararlana bilmirlər.
Onun sözlərinə görə, ailənin əvvəlki dövrdəki gəlirləri sosial yardımın müəyyənləşdirilməsində nəzərə alındığından, ailə üzvünün ağır xəstələnməsi, işini itirməsi və ya digər gözlənilməz hadisələr nəticəsində maddi vəziyyəti qəfil pisləşən insanlar yardımdan kənarda qala bilirlər.
Razi Nurullayev təklif edib ki, ağır xəstəlik, qəza, ailə başçısının vəfatı, qəfil gəlir itkisi və digər gözlənilməz hadisələr nəticəsində çətin vəziyyətə düşən ailələrə operativ yardım göstərilməsi üçün ayrıca fond yaradılsın. O, müraciətlərə qısa müddətdə baxılmasının və təcili hallarda ilkin yardımın gecikdirilməməsinin vacibliyini vurğulayıb.
Deputat uzunmüddətli xəstəlik səbəbindən işləmək imkanını itirən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsini də təklif edib. Bildirib ki, bəzi insanlar aylarla müalicə alır, işləmək imkanından məhrum olur, eyni zamanda ailənin gündəlik xərcləri və müalicə məsrəfləri davam edir.
Onun fikrincə, belə hallarda mövcud müavinətlərin yetərliliyi və əhatə dairəsi yenidən qiymətləndirilməli, uzunmüddətli xəstəlik dövründə itirilən gəlirin qismən kompensasiyası üçün əlavə sosial dəstək mexanizmi nəzərdən keçirilməlidir.
Digər Xəbərlər
17 Noyabr 2026 15:51
İlham Əliyev bu sənədləri təsdiqlədi
17 Noyabr 2026 14:32
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi
17 Noyabr 2026 13:01
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
17 Noyabr 2026 12:53
Milli Məclis gələn ilin büdcəsini ilk oxunuşda qəbul etdi
17 Noyabr 2026 12:49
Deputat "Bura danışmaqxanadı" dedi, spiker irad bildirdi
17 Noyabr 2026 12:41
Mariam Kvrivişvili Azərbaycana rəsmi səfərə yollanıb
17 Noyabr 2026 11:34
Türkiyə MMN Azərbaycanı təbrik etdi
17 Noyabr 2026 11:14


Bakı -°C

