adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2022 09:58
1004
ŞOU-BİZNES

Təranənin atmacasına Rəqsanənin cavab: “Allah heç birqadınısahibsiz etməsin”- FOTO

Qadın alverində günahlandırılan, 6 ay həbsxanada yatıb çıxmış tanınmış prodüser Təranə Səmədova illərdir düşmən münasibətində olduğu Rəqsanə İsmayılovaya hər addımda atmaca atmağı özünə “borc” bilir . Prodüsser bu dəfə də fürsəti fövtə verməyib.

O, şəxsi instaqram hesabında uzun illərdir həbsdə olan Faiq Azayev və Fərid Azayev qardaşlarının azadlığa buraxılamsı ilə bağlı məlumat paylaşıb:

"Bu günə çox şükür. Faiq Azayev, Fərid Azayev... Bu görüntüyə çox sevinənlər də olacaq, hədsiz üzülən də olacaq, amma, mən anamın yoxluğundan sonra həyatımda yaranan bir boşluğun dolduğunu məhz bu gün hiss elədim, içimdə tamamlanmışlıq hissi yaşayıram, buna görə Yaradana təşəkkür edirəm, təbii ki, sizə də... Azadlığın mübarək, Faiq Azayev".

2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın, Fərid Azayevlə isə Təranə Səmədovanın sevgili olduqlarını hələ illər əvvəl mətbuat yazırdı.


Adalet.az Axşam.az-a istinadən xəbərverir ki, deyəsən Təranəni atmacası təsirsiz qalmayıb. Beləki, müğənni Rəqsanə İsmayılova açıqlama verib, deyib ki, keçmişdə başıma gələnlər haqqında kiminsə adını çəkib, özümü çirkaba atmaq istəmirəm:” Həmin kitab bağlandı. Təranə haqda danışmayacam, çünki övladlarım var. Təranə çıxıb nə danışır danışsın, ona cavab verməyəcəm. Allah onu dardan qurtarsın. Hamilədir, Allah kömək olsun. Məni yaddan çıxarda bilmirsə, qoy danışsın. Qız böyüdür, övladı özü boydadır, gələcəyi, taleyi var. İstər mən, istər Təranə, istərsə də digər sənət dostlarımızın övladı var, yaşadıqlarımızdan dərs çıxartmalıyıq. Niyə övladlarımız etdiklərimizdən utansınlar? Əksinə fəxr etsinlər. Gündə bir xəbər yazılır: Təranəni narkotiklə, polislə tutdular. Onun övladını, hamiləliyini düşünün. Onun uşağı məktəbə gedir, niyə utansın?

Allah heç birqadınısahibsiz etməsin. Təranənin yanında yaxşı kişi, ata olsaydı... Onun anası yaxşı qadın idi. Mən Təranəni bağışlamışam".

Qeyd edək ki, prodüsser may ayının 12-də polis əməkdaşları tərəfindən saxlanılmışdı. Nəsimi rayonu ərazisində narkotikə görə saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə aparılmışdı. Bu zaman T.Səmədova polisə müqavimət göstərərək tabe olmamağa çalışmışdı. 400 manat cərimə ödədikdən sonra sərbəst buraxlmışdı.

Xatırladaq ki, aprelin 27-də T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilmiş, Abşeron Rayon Məhkəməsi onun barəsində 200 manat məbləğində cərimə kəsilmişdi.

Əntiqə Rəşid