adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

TƏNHA QOCA...

FAİQ QİSMƏTOĞLU
39532 | 2012-12-14 23:36

... Mədinə arvad uçulub-sökülən evdə tək qalmışdı. Bir canı iləəlləşirdi, bir də uçulub-sökülən evlə. Mədinə arvad görürdü ki, gözününağı-qarası olan bir oğlu onu ağır vəziyyətdə qoyub Moskvaya getmişdi. Beləbaxanda artıq Mədinə arvad hər cür çətinliyə və tənhalığa alışmışdı. Amma qışınmöhkəm keçməsi ona heç cürə rahatlıq vermirdi...

...Tərs kimi bu qış da çox sərt gəlmişdi. Mədinə arvadın uçulub-sökülənevinin damına o qədər qar yağmışdı ki, elə bilirdin indicə həmin dam uçacaq vəMədinə arvad o damın altında qalacaq. Ancaq Allahın Mədinə arvada yazığı gəldiyinə görə, hələ ki o damuçmurdu və hələ ki Mədinə arvad o damın altında qalmamışdı.

Mədinə arvadın arzuları, istəkləri çilik-çilik olmuşdu. Daha doğrusu,Mədinə arvadın arzuları gələcəkdə uça biləcək o damın altında qalmışdı. Çünkionun qapısını küləkdən savayı heç nə açmırdı. Elə həmişə gözü yola dikilmişdiki, İlyas Moskvadan qayıdacaq, uçulub-sökülən evini düzəltdirəcək. İlyas isəMoskvadan qayıtmaq bilmirdi. Oğlu yadına düşəndə Mədinə arvad evin bir küncünəçəkilib için-için ağlayar və dərdini heç kimə deməzdi. Qəribə idi ki, Mədinəarvad kasıb olsa da, kəndin xeyrindən-şərindən qalmırdı. Elə bir yas yeriolmazdı ki, ora getməsin. Beynində çox götür-qoy edirdi, dağı arana aparırdı,aranı da dağa. Sonra da deyirdi ki, bu biqeyrət oğlum məni urus matışqasınasatdı. On ildi gedib, bir xəbər yoxdu.

... Bayırdakı qar günortadan sonra daha da çoxalmışdı. Belə havadaMədinə arvad heç çölə çıxa bilmirdi. Ahıl yaşında ayaqları da sözünə baxmırdı.Ona görə də özünə bir əsa düzəltdirmişdi. Elə o əsanı əlinə götürüb ayağaqalxar və sonra da onun köməkliyi ilə qapıya, qonum-qonşuya gedərdi.Qonum-qonşu da Mədinə arvadı görəndə əldən-ayaqdan gedər və istərdilər ki, onanə isə əl tutsunlar.

Evdən çıxmamışdan bir də tavana baxdı. Gördü ki, yox balam, tavandan sudamır. Əgər damın üstündəki qar bu gün təmizlənməsə vəziyyət ağır olacaq. Evdənçıxanda əsasını götürdü. Bir-iki addım qapıya sarı yeridi. Gördü ki, həyətdəqarın üstündə yeriyə bilmir. O dəqiqə bir anlıq dayandı və qonşusu, qohumuNəsib kişini səslədi:

- Ay Nəsib, hey! Ay Nəsib, hey!

Nədənsə qonşusundan səs çıxmadı. Düzdü, Nəsib kişi evdə yox idi. Ammaböyük oğlu Tehranevdəydi. Elə Mədinə arvadın səsinə də o çıxdı:

- Mədinə nənə, dədəm evdə yoxdu. Nə lazımdı, özüm gəlim, kömək eləyim...

Mədinə arvad:

- Başına dönüm, a bala, möhkəm qar yağır. Damımız təmizlənməsə, bu axşamuçacaq, mən də qalajam onun altında. Qurban olum, Tehran, tez çalovu götür, bizim dama qalx!!!

Tehran:

- Nənə, narahat olma. Çalovu götürüb dama qalxacam. Qoymaram ki, sənçətin vəziyyətə düşəsən.

Tehran tez tövlədəki çalovu götürüb Mədinə arvadgilin həyətinə keçdi. Nərdivanda elə həmişə olduğu yerdə idi. Nərdivanı divara söykəyib cəld əlində çalovdama qalxdı. Qarsa möhkəm yağırdı. Axşamüstü olduğu üçün hava daha da soyumuşvə şaxta düşmüşdü. Tehrançalovla damın üstündəki qarı çətinliklə də olsa təmizlədi. Mədinə arvadsa əlinigözünün üstünə tutub Tehrana sarı baxır və deyirdi:

- Tehran,qurban olum, bir az ehtiyatlı ol, ayağın sürüşər, yıxılarsan. Sonra mən nənənNübar arvada nəcavab verəcəm? Onsuz da mənim əskim tüstülüdü, bir şey olan kimi çoxu məndənyapışır və deyir ki, günah Mədinədədi.

... Çalovla damın üstündəki qarı möhkəm-möhkəm təmizləyən Tehran tez-tezdə Mədinə arvada tərəf baxırdı. Baxırdı ki, Mədinə arvad nə eləyir. Amma Mədinəarvad Tehran damın üstündə qarı təmizləyənə qədər həyətdə dayandı və onun işinəgöz qoydu.

Yarım saatdan sonra damın üstündə bir ovuc da qar qalmadı. Tehran əldəndüşmüş halda dilləndi:

- Mədinə nənə, vallah, heç dədəm məni belə işlətməyib. Çalov, bel, yabagörəndə gözümün düşmənini görürəm. Daha doğrusu, kim mənə bu alətləri uzadır,onu götürmürəm, atıb qaçıram. Amma bu dəfə sənə görə hər cür əziyyətə dözdüm.

Nübar arvadın nəvəsi Tehran dabanına qədər tərləmişdi. Dabanına qədərtərləyən Tehranı Mədinə arvad evlərinə buraxmadı.

Mədinə arvad:

- Ay oğul, keç içəri, tərin soyusun, sonra evinizə gedərsən. Yaxşı damürəbbəm var, o zoğal mürəbbəsi ilə çayı içdin ha, o dəqiqə canın mum kimiolacaq və özünü əla hiss eləyəcəksən...

Zoğal mürəbbəsi eşidəndə Tehranın ağzı sulandı. Çünki o, uşaqlıqdanmürəbbə üçün sinov gedirdi. Özü də ki, zoğal mürəbbəsi ola. Bir də Tehrangilinbir erməni kirvəsi var idi: Surik. Həmişə zoğal mövsümündə Surik onlara zoğal,qoz, fındıq, əzgil gətirərdi. Bir də Surik yaxşı tut arağı çəkirdi. O, tutarağını da gətirməyi yaddan çıxarmazdı. Amma Tehran dədəsindən xəlvət bəzən tutarağının yerini tapır və ondan bala-bala içərdi. Sonra da içdiyi butulkanıniçinə su tökərdi. Bunu da onun üçün edərdi ki, fırıldağının üstü açılmasın.Ancaq fırıldağının üsütü tez də açılardı. Bir dəfə dədəsi Nəsib kişi bunu bilmişdi və Tehranı o ki, varmal kimi çırpmışdı...

...Evin damından ayağını nərdivanın pilləkənlərinə uzatdı və yavaş-yavaşpilləkənlərdən aşağı düşdü. Sonra evə keçib Mədinə arvadın dəmlədiyi zoğallıçayı içdi. Bayırda bir çovğun başlamışdıki, gəl görəsən. Külək elə vıyıldayırdı ki, sanki canavar ulayırdı. Axşamüstü qardaha da sürətləndi. Amma Mədinə arvadın ürəyi sakit idi. Çünki qar nə qədəryağsa da, bir-iki gün qorxusu yox idi. Heç qar da həmişə bu kəndə çox yağmazdı.Başqaları qar yağanda sevinər, həyət-bacaya çıxar və qartopu oynayardı. Mədinəarvadsa qar yağanda büzüşüb oturar, yazıq-yazıq boynunu bükər və elə bil ki, oqar onun evinin üstünə yox, içinə və varlığına yağardı.

Qonşunun iti hürməyə başladı. Qonşunun iti hürəndə Mədinə arvad bilirdiki, onlara kimsə gəlir. Çünki Mədinə arvadla həmin qonşunun arasında heç çəpərdə yox idi. Mədinə arvadın həyətində it də yox idi, at da yox idi, qoyun-quzuda yox idi. Mədinə arvadın cəmi-cümlətanı iki-üç toyuğu vardı. Elə o toyuqlarıda uçulub-sökülən evin bir küncündə bəsləyirdi. Fikirləşirdi ki, onunvar-dövləti elə bu iki-üç toyuqdu. Toyuqlar yumurtladıqca, onu bir-bir kənaraqoyar və deyərdi ki, bunu Novruz bayramına saxlayıram. İlyas gələndə onaverəcəm. Toyuqları da İlyas gələndə kəsəcəm.

Qapı döyüldü. Mədinə arvad belini əyə-əyə qapıya sarı getdi:

- Kimsən? - deyə soruşdu.

- Mənəm, ay Mədinə xala! Nəsibəm da. Eşitdim səhər-səhər məniaxtarmısan, indi gəlmişəm.

Mədinə arvad Nəsib kişinin səsini o dəqiqə tanıdı və qapını açdı, sonrada dilləndi:

- Sənə qurban olum, ay Nəsib! Sən olmasan, uşaqlar olmasa, ürəyim parlayar.Damın üstünü təmizlətdirmək istəyirdim. Nə yaxşı Tehranı tapdım. O, qarıtəmizlədi, ürəyim sakitləşdi...

Nəsib kişi:

- Mədinə xala, heç narahat olma. Evdəkilərin hamısı nə vaxt desən, sənəkömək edəcək. Görürəm, odunun yoxdu, olanlar da yarılmayıb. Bu dəqiqə onlarıyararam və evdən də sənə odun göndərərəm. Nəsib kişi bir göz qırpımında evinküncünə qoyulmuş beş-altı odunu baltayla doğradı. Sonra da böyük oğlu Tehranısəslədi ki, həyətdəki odundan bir-iki qucaq gətirsin. Tehran da həyətdəkiodundan bir-iki qucaq gətirdi.

O, Mədinə arvadla sağollaşıb evdən çıxdı və evlərinə sarı getməyəbaşladı. Fikirləşdi ki, Mədinə arvad həm qonşusudu, həm də qohumu. Gərək onuheç vaxt darda qoymasınlar. Evdədə həmişə həm qayınanası Nübar arvada, həm dəhəyat yoldaşı Qaratelə deyirdi ki, Mədinədən muğayat olun. Allah İlyasa lənəteləməsin, bu on-on beş ildə bir dəfə gəlib anasına dəyməyib...

... On-on beş gündən sonra bir gecənin içində yenidən kəndə möhkəm qaryağdı. Hələ kəndə heç vaxt belə möhkəm qar yağmamışdı. Hətta köhnə evlərin damıda çökmüşdü. Həmin gecə Mədinə arvadın ən ağır günlərindən biri idi. Gecə qarnecə yağmışdısa, evin damı uçmuşdu. Gurultunu Nəsib kişi və oğlanları eşitmişvə tez özlərini həyətə çatdırmışdılar. Ancaq hər şey gec idi. Ev tamamilə uçmuşdu.Çətinliklə də olsa, Mədinə arvadı uçmuş evin altından çıxara bildilər. AncaqMədinə arvadın üstünə düşən tir, kərpic yazığı yaman pis günə qoymuşdu. Eləhəmin gecə Mədinə arvadı kəndin xəstəxanasınaapardılar. Həkimlər onu müayinə elədilər və dedilər ki, bu axşamı yaşayabilsə, arvad sağalacaq. Amma gözümüz su içmir. Çünki həm müqaviməti zəifdi, həmdə çoxlu qan itirib.

Mədinə arvad gözlərini açıb ətrafına baxdı. Yaxın qohumlarını - Nəsibkişini, Nübar arvadı, Qarateli, Tehranı gördü. Sonra da zarıyaraq dedi:

- İlyas! İlyas!..

... Arvadın son nəfəsi idi. Son nəfəsdə də gözləri oğlunu axtarırdı.Yenə bir neçə dəfə "İlyas, İlyas" deyib oğlunu səslədi. Qohumlardankimsə dilləndi:

- Mədinə nənə, bu dəqiqə İlyas gəlir...

Mədinə arvad yenə gözlərini hərləyib o tərəf, bu tərəfə baxdı. Gördü ki,heç kim gəlmir. Amma ona sarı bir əl uzanıb və o əl onu boğur. Mədinə arvadistədi ki, ona sarı uzanan o əli saxlasın, ancaq saxlaya bilmədi. Mədinə arvaddərindən nəfəs aldı və son dəfə:

- Oğul hey! - deyib gözlərini qapadı. Bir daha Mədinə arvad gözləriniaçmadı...

FAİQ QİSMƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV