adalet.az header logo
  • Bakı -°C
05 Yanvar 2026 12:40
91
ŞOU-BİZNES
A- A+

Zeynəb Həsəni: “O mahnıya görə çox utandım”

Bir çox xanım həmkarları ilə duet oxumaqdan imtina edən, onlarla dostluq etməyən müğənni Zeynəb Həsəni etirafları ilə diqqət çəkib.

Adalet.az xəbər verir ki, müğənni oxuduğu bəzi mahnılara görə özünü qınayıb:

“Bəzən səhvlər edirəm. Düşünürəm ki, bu da normaldır. İnsanıq, hamımızın həyatında səhvlərimiz olur. Oxuduğum bəzi mahnıları sildirmişəm. Həmin mahnıları dinləyəndən sonra özümü qınamışam ki, mənə ayıb olsun ki, belə mahnılar oxumuşam. Ona sərf etdiyim  vaxt, çəkdiyim xərc mənim üçün maraqlı olmur. O mahnıya görə çox utandım”.

ƏNTİQƏ