“8 Noyabr”dakı dəmiryolu sökülür - Mikrotunel tikiləcək - VİDEO
“8 Noyabr” prospekti üzərində Nargilə dairəsi istiqamətində köhnə dəmir yolu relslərinin sökülməsi ilə bağlı işlər aparılır. Ərazi müvəqqəti olaraq hasarlanıb, xüsusi texnikalar işləyir, bəzi hissələrdə relslər artıq tam sökülüb.
Adalet.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, söküntülər paytaxtda yeni kanalizasiya kollektorunun çəkilməsi ilə əlaqədardır. Köhnə sənaye infrastrukturu kollektorun tikinti trayektoriyasına düşdüyü üçün həmin hissələr mərhələli şəkildə sökülür.
Ərazidə çalışan işçilərlə söhbət zamanı məlum olub ki, burada yeraltı kollektor xətti yeni üsulla çəkilir.
“8 Noyabr” prospekti boyunca görünən relslər bir vaxtlar neft sənayesinə xidmət edən sənaye dəmir yolu qollarından biri hesab olunurdu.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə aparılan söküntü işləri Sahil kollektorunun tikintisi ilə əlaqədardır. Layihə "Dəniz Mall" ərazisindən başlayaraq “Nargilə” kafesinin yaxınlığında yerləşən mövcud nasosxanaya qədər uzanır və mikrotunel üsulu ilə inşa olunur. Uzunluğu təxminən 9,8 km olan və diametri 2000 mm dəmir-beton borulardan ibarət kollektorun böyük hissəsinin tikintisi artıq tamamlanıb. İşlərin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır.
Digər Xəbərlər
12 Aprel 2026 00:26
Pravoslav xristianları Pasxa bayramını qeyd edir
12 Aprel 2026 00:14
Prezidentin “Kamaz” bağışladığı Ayazın atası DANIŞDI - VİDEO
11 Aprel 2026 19:25
İçərişəhər Qala divarının dağılan hissəsində təcili tədbirləri görüləcək
11 Aprel 2026 12:05
Bakı küçələri yuyuldu
11 Aprel 2026 11:55
Vətən müharibəsi şəhidinin qardaşına vəzifə verildi - FOTOLAR
11 Aprel 2026 00:09
Çiyələyə zəhərli maddələr qatılır? - GÖRÜNTÜLƏR YAYILDI - VİDEO
10 Aprel 2026 20:00
Məcburi köçkünlər üçün təmir edilən evlər qanunsuz satılır? - Rəsmi açıqlama
10 Aprel 2026 17:57


Bakı -°C

