adalet.az header logo
  • Bakı -°C
05 Mart 2026 14:11
59
ŞOU-BİZNES
A- A+

Yeganə: “O bayramda sevinə bilmirəm”

Yeganə Mürsəlova ailəsində yaşadığı  kədərli anlardan söz açıb.

Adalet.az xəbər verir ki, onun ailəsi uzun illər “Novruz bayramı” qeyd etməyib: 

“Novruz bayramı mənim üçün çətin bayramdır. Uzun illər biz o bayramı qeyd etməmişik. Səbəb isə  martın 20-si ailımizdə yaşanan  kədərli hadisədir. Biz martın 20-dən 21-ə keçən gecə atamı itirmişik. Sonra anam dedi ki, bu, doğru deyil. Övladları, balaları bu bayram sevincindən məhrum etmək olmaz. Nə qədər bayramı qeyd etsək  də, yenə də mənim üzüm gülmür. Bu bayramda sevinə bilmirəm. Mənim üçün kədərli xatirəsi var”.


Əntiqə