"Düşmən kimi davranacağıq" - İranın Polis rəisi xalqı hədələdi
"Düşmən müxtəlif planlarla müharibəni xaosa, sonra isə xaosu müharibəyə çevirməyə çalışırdı. Amma sonda o, məqsədə çatmağın yeganə yolunun İnqilab Rəhbərini hədəf almaq olduğu qənaətinə gəldi. Buna görə də üçüncü müharibənin ssenarisi İnqilab Rəhbərini şəhid etmək məqsədi ilə hazırlanmışdı".
Adalet.az xəbər verir ki, bunu İranın Polis rəisi General Əhməd Rza Radan deyib.
Onun sözlərinə görə, düşmən İran xalqının hesablamalarının və məntiqinin öz hesablamaları ilə eyni olduğunu düşünür: "Halbuki onlar nə bu məktəbin mistisizmindən və sevgisindən xəbərdardırlar, nə də İran xalqını düzgün başa düşürlər.
Bu gün də düşmən düşünürdü ki, İnqilab Rəhbərinin şəhadəti ilə ölkəni dağıda bilərlər, amma baş verənlər tamamilə əksinə oldu. Bu mərhələdə ölkənin bir sıra yüksək rütbəli komandirləri - Ali Komandanlığın hərbi idarəsinin rəisi, SEPAH-ın baş komandanı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Kəşfiyyat Təşkilatının rəhbəri və Müdafiə Naziri şəhid oldular.
Bu zərbələrə baxmayaraq, cəmi iki saat sonra düşmənə qətiyyətli və sürətli cavab verildi".
General qeyd edib ki, kiberməkanda ictimai rəyi pozmağa çalışan hər hansı bir şəxs düşmən hesab ediləcək və onunla mübarizə aparılacaq: "Bu baxımdan bir neçə min insana xəbərdarlıq SMS-ləri göndərilib və aldadıla biləcək bir çox insan bu hərəkətləri davam etdirməyi dayandırıb.
Bir sıra insanlar da həbs edilib, onlara qarşı iş açılıb və məhkəmə sisteminə təqdim edilib. Ölkə daxilində oğrularla mübarizə aparmaq üçün silahdan istifadə əmri verilib. Bir neçə oğru güllələnib və bundan sonra belə insanlarla şübhəsiz ki, mübarizə aparılacaq.
Biz rəsmi olaraq elan etmişik ki, əgər kimsə düşmənin tələbi ilə şəhərlərdə hərəkət etmək istəsə, biz onu artıq etirazçı hesab etməyəcəyik, əksinə, onunla düşmən kimi davranacağıq"./Unikal


Bakı -°C

