Riyaziyyat fənnindən sualllar çətin olub...
Dövlət İmtahan Mərkəzinin martın 9- da keçirdiyi 11- icilərin buraxılış imtahanında Riyaziyyatdan düsən sualllar çox çətin olub. Bunu əksər abituriyentlər söyləyirlər. Onlar deyirlər ki, həmin fəndən elə suallar var idi ki, çox çətin idi.
Hətta elə suallar oldu ki, onun cavabı çox vaxt apardı.Bununla yanaşı, keçilməyən dərslərdən və ali məktəb səviyyəsində suallar olub. Təbii ki, bu da abituriyentlərin haqlı narazılığına səbəb olub və eyni zamanda onların yüksək nəticə göstərməsinə də mənfi təsir edir. Bu məsələ ilə bağlı bir neçə riyaziyyat müəllimi də öz fikirini səsləndirib.
Onlar bildiriblər ki, həqiqətən də martın 9- da keçirilən imtahana zamanı bir çox suallar çətin olub. Bu isə əlavə vaxt aparmaqla yanaşı, abituriyentlər arasında çaşqınlıq yaradıb. Dövlət İmtahan Mərkəzinindən isə bildirirlər ki, bütün suallar orta məktəbdə tədris olunmuş proqram əsasında hazırlanıb. Elə bizim ekspertlərində əksəriyyəti orta məktəblərdə dərs deyən müəllimlərdir. Dövlət İmtahan Mərkəzin həmişə qəbul imtahanlar zamanı belə vəziyyətdə abituriyentlərə yox , özlərinə haqq qazandırırlar .
El dilində demiş olsaq, heç kəs öz ayranına turş demək istəmir! Amma görünən odur ki, belə qəliz və çətin sualları tərtib etməklə sadəcə olaraq aidiyyəti qurum abituriyentləri çaşdırmaq istəyib və bu istəyinə də nail olub. Hörmətli Dövlət İmtahan Mərkəzinin rəhbərliyi , sualları mürəkkəbləşdirmək yox , sadələşdirmək lazımdir.
Çünki qonşu Ermənistanda , Gürcüstanda ali məktəblərə qəbul olan və bitirənlər bizdəkikərdən qat- qat çoxdur.Bunun da nəticəsində ali məktəbə qəbul ola bilməyən abituriyentlər qonşu ölkələrin təhsil ocaqlarına üz tuturlar . Həmin universitetlər onlar imtahansız qəbul olmaq üçün milyonlarla vəsait ödəyirlər. Elə olmazmı ki, həmin milyonlar ölkəmizdəki ali məktəblərin, daha döğrusu, dövlətimizin büdcəsinə keçirilsin. Bundan həm dövlətimiz qazanar, həm də həmin tələbələr!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
17 Aprel 2026 19:18
Bu il maksimum balı o topladı
17 Aprel 2026 14:44
Polşanın Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində
15 Aprel 2026 15:45
Bazar günü 37 mindən çox şəxs imtahan verəcək
15 Aprel 2026 13:10
Peşə hazırlığında yeni ixtisaslar olacaq - RƏSMİ
15 Aprel 2026 12:34
Tibb Universitetinə mətbuat katibi təyin edildi
15 Aprel 2026 12:33
Bakı Xoreoqrafiya Akademiyası ilə Ardahan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
14 Aprel 2026 11:04
Azərbaycan Universiteti və “Azərbaycan Uşaqları” İctimai Birliyi memorandum imzalayıblar
14 Aprel 2026 09:58


Bakı -°C

