“Kurtlar Vadisi”nin "Mehmet Karahanlı"sı xəstəxanaya yerləşdirildi
Türkiyənin serial sektorunda özünəməxsus yeri olan “Kurtlar Vadisi” serialının əsas qəhrəmanlarından biri - "Mehmet Karahanlı" obrazı ilə yaddaşlara həkk olan Zafer Erginin səhhətində problem yaranıb.
Adalet.az xəbər verir ki, bu barədə aktyorun xanımı Binnaz Ergin açıqlama yayıb.
Onun sözlərinə görə, 83 yaşlı aktyorun səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
"Zafer qan laxtalanması səbəbindən müşahidə altındadır və müalicəsi davam edir", - deyə B. Ergin açıqlamasında qeyd edib.
Digər Xəbərlər
25 Mart 2026 19:44
"Qızım mənim verilişimə baxmır"
25 Mart 2026 18:43
Şakiranın Doha konserti təxirə düşdü
25 Mart 2026 11:19
Türkiyədə bu məşhurlar da saxlanıldı - Siyahıda Hande Erçel də var
24 Mart 2026 17:53


Bakı -°C

