18 Iyun 2025 17:20
74
SAĞLAMLIQ

Qara çörək...

Çörək istehsalı sahəsində qara çörək önəmli əhəmiyyət kəsb edir.

Çünki əhalinin böyük bir hissəsi qida rasionunda məhz belə çörəklərə yer verir. Xüsusilə də diabet, mədə - bağırsaq xəstəliklərinə düçar olanlar qara  çörəkdən daha çox istifadə edir. Amma indi gəlin görək ölkəmizdə qara çörək sahəsində istehsal nə vəziyyətdədir? Təbii ki, bu suala birmənalı cavab vermək mümkün deyil.

Belə ki , əksər qara çörəklər lazımi səviyyədə istehsal olunmur, standartlara cavab vermir, bununla yanaşı , bu çörəyə istehsal zamanı müxtəlif kimyəvi maddələr, o cümlədən rənglər qatılır. Dəfələrlə Qida Təhlükəsizliyi Agentliyi belə faktlar üzə çıxarıb. Eyni zamanda əgər düşünsək ki, qara çörəkdən ən çox xəstə adamlar istifadə edirlər, onda görün pəhriz saxlayanlar hansı çətinliklərlə üzləşirlər.

Ona görə də adiyyatı qurumlar qara  çörək istehsalına xüsusi diqqət yetirməlidir. Məsələn, Sumqayıt Çörək Zavodu çox keyfiyyətli qara çörək istehsalı edir. Eyni zamanda Füzuli rayonunun " dördyol" deyilən ərazisində təndirdə  çox dadlı və keyfiyyətli çörək bişirirlər.Bax bunlar əsl qara çörəkdir. Çox arzulardıq ki, digər çörək zavodlarında da bu cür qara  çörək bişirilsin!

Emil Faiqoğlu