Uşaqları günvurmadan necə qorumaq olar?
İsti yay günlərində uşaqları günvurma riskindən qorumaq üçün valideynlər xüsusilə diqqətli olmalıdırlar.
Adalet.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə, günün ən isti saatları – yəni saat 11:00-dan 17:00-a qədər – uşaqların birbaşa günəş şüalarına məruz qalması təhlükəlidir:
“Bu səbəbdən, açıq havada oynamaq üçün səhər tezdən və ya axşamüstü saatları seçilməlidir. Uşaqlara yüngül, açıq rəngli və hava keçirən paltarlar geyindirilməli, başlarına papaq qoyulmalı və bədənlərinin mümkün qədər örtülü olmasına diqqət edilməlidir”.
Mütəxəssis-ekspert bildirib ki, günəş altında olduqları hallarda dəri üçün qoruyucu kremlər istifadə olunmalıdır:
“Xüsusilə də 6 ay və yuxarı yaşda olan uşaqlarda SPF 30 və ya daha yüksək qoruma təmin edən məhsullar seçilməlidir. Bol maye qəbul etmək vacibdir, çünki uşaqlar oynayarkən, bədənləri tez susuzlaşır və bu, günvurma riskini artırır. Ən əsası isə uşaqları kölgəli, sərin və ventilyasiyalı mühitlərdə saxlamaq, lazım gəldikdə onları tez-tez sərin su ilə yumaq və ya duş qəbul etdirmək həm rahatlıq, həm də təhlükəsizlik baxımından çox faydalıdır”.
Z.Quliyev sonda bildirib ki, valideynlər bu tədbirlərlə övladlarını günvurma və susuzluqdan asanlıqla qoruya bilərlər.
Digər Xəbərlər
10 Iyul 2026 14:38
Azərbaycanda qulaqdibi xəstəliyi yayılıb? - RƏSMİ AÇIQLAMA
09 Iyul 2026 13:18
İnfarkt və insulta səbəb olan əsas yeməklər
09 Iyul 2026 09:05
Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq
08 Iyul 2026 14:51
PSİXOLOQ: “Ən təhlükəli məqam zorakılığın alqışlanmasıdır”
07 Iyul 2026 18:21
Sosial şəbəkələrdədə satılan bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
07 Iyul 2026 17:52
Saç tökülmə, halsızlıq, diqqət dağınıqlı - Bir problemin əlamətidir
07 Iyul 2026 11:33
Qeydiyyatdan sonra nəzarət varmı? - “Sağlam radio”da tibb vasitələrindən danışılır
06 Iyul 2026 18:20


Bakı -°C

