Azərbaycan qanunvericiliyində "ərazi müdafiəsi" anlayışına yenidən baxılması təklif olunur

Azərbaycan qanunvericiliyində "ərazi müdafiəsi" anlayışına yenidən baxılması təklif olunur.
Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin iyunun 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müdafiə haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Sənədə əsasən, "ərazi müdafiəsi" dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi nəzərdə tutulur.
Bildirilir ki, təqdim edilən Qanun layihəsi ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaradıb.
Layihədə həmçinin vurğulanıb ki, ərazi müdafiəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcəyi təklif edilir.
Digər Xəbərlər

İlham Əliyev və Berdiməhəmmədov Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar - FOTOLAR

Səhiyyə nazirliyində Pfizer şirkətinin nümayəndə heyəti ilə görüş keçirildi

36 nömrəli marşrutda nə baş verir?

Liderlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR

Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırıldı

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTOLAR

Köhnə sənədlərlə daşınmaz əmlakın qeydiyyatı asanlaşdı
