Bu şəxslər 4 ilədək müddətə həbs ediləcək
Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiyaya görə cəzalar sərtləşdirilir.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmə və şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparma əməlləri ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, yuxarıdakı əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Nicat
Digər Xəbərlər
02 May 2026 12:49
Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı
01 May 2026 12:53
Hamı onu atır - çiyələyin bu hissəsi də yeməlidir
30 Aprel 2026 10:11
Həkim, pasiyent və aptek bir sistemdə - Səhiyyə Nazirliyinin açıqlaması
30 Aprel 2026 10:11
E-resept həkim səhvlərini minimuma endirir
29 Aprel 2026 17:39
İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır - VİDEO
28 Aprel 2026 15:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
28 Aprel 2026 10:44
Corabla yatmaq sağlamlığa zərər verə bilər - Həkimlərin MƏSLƏHƏTİ
27 Aprel 2026 14:55


Bakı -°C

