İstənilən çətinliyə baxmayaraq ilk matça hazır olmağa çalışacağıq - Qurban Qurbanov
İstənilən çətinliyə, uzaq yola və ya hava şəraitinə baxmayaraq, ilk matça hazır olmağa çalışacağıq.
Adalet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Ağdam təmsilçisi bu raundda "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Təcrübəli mütəxəssis çoxdandır belə komandalara qarşı oynamadıqlarını söyləyib: “Baxmayaraq ki, “Linfild” bizə tanış rəqibdir. Onlara qarşı gərgin oyunlarımız keçmişdi. Ümumilikdə stabil komandadır. İrlandiya futbolu da sürətlə inkişaf etməyə başlayıb. Hər iki komanda, bəlkə də, bizə uyğun olmayan rəqibdir. Tez bir zamanda ətraflı məlumat topladıqdan sonra ciddi şəkildə hazırlaşacağıq. Belə komandaların istəyi çox olur, sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda, Çempionlar Liqasında zəif komanda olmur, hamısı ambisiyalıdır. Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrlə məsafə çox uzaqdır. Ancaq bunları özümüzə problem hesab etməli deyilik. Buna uyğun proqram quracağıq”.
Qeyd edək ki, “Qarabağ” ilk oyununu səfərdə (22-23 iyul), cavab matçını isə 1 həftə sonra evdə keçirəcək
Digər Xəbərlər
19 Fevral 2026 00:23
Bu qola görə məyus olduq - "Nyukasl"ın baş məşqçisi
19 Fevral 2026 00:07
Qurban Qurbanovdan İLK AÇIQLAMA - VİDEO
19 Fevral 2026 00:03
Elvin Cəfərquliyev Çempionlar Liqasının tarixinə düşdü
18 Fevral 2026 23:41
"Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzdu
18 Fevral 2026 15:07
“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri sırasında
18 Fevral 2026 14:48
Üç klub azarkeşlərinə görə cərimələndi
18 Fevral 2026 13:36
ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi
18 Fevral 2026 12:10


Bakı -°C

