"Azercell" bizim pulumuzu niyə oğurlayır...?
Bu birinci dəfə deyil ki, " Azercell" bizdən oğurluq edir. Bir ay bundan əvvəl anamdan və atamdan iki dəfə kontur oğurlayıb.Dinməmişik. üç gün qabaq isə bir neçə dəfə anamdan 2 manat civarında kontur oğurlayıb. Yenə dinməmişik. Demişik ki, yəqin bir anlaşılmazlıqdır, olub.Martın 13- də isə yen atamdan 2 manat oğurladı. Və bu dəfə bərk əsəbləşdi atam.
Necə əsəbləşdisə, hətta təzyiqi qalxdı. Tay bu ağ eləmək oldu, ha! Ona görə də atam məsələyə aydınlıq gətirmək üçün " Azercell" Nizami rayonundakı müştəri xidmətinə getdi. Şənbə günü olduğuna görə həmin ünvanda heç kimi işləmirdi. Mühafizəçi deyib ki, birinci gün, yəni martın 17-də gələrsiniz! Ümumiyyətlə, son aylar " Azercell" belə oğurluğunda abonentlər lap təngə gəlib və boğaza yığılıblar.
Hətta bir neçə müştəri onun xidmətindən imtina edib. Başqa cür də ola bilməz! Oğru bir qurumun abonenti olmaqdansa, olmamaq daha yaxşıdı. Heç şübhəsiz , bizdə bu araşdırmalardan sonra onların xidmətindən imtina edəcəyik!
Emil Faiqoğlu
Digər Xəbərlər
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27
Videoya baxmasalar da, “izlənmə” gələcək - Yutubda yeni dövr
30 Avqust 2026 15:10
"Telegram"dan bloklamalara qarşı yeni addım
29 Avqust 2026 09:00
İlk qatlanan “iPhone” təqdim ediləcək - Tarix açıqlandı
28 Avqust 2026 15:31


Bakı -°C

