Videoya baxmasalar da, “izlənmə” gələcək - Yutubda yeni dövr
Yutub platformadakı videoların baxış sayını hesablama qaydasını dəyişir.
Adalet.az xəbər verir ki, yeni sistemlə videonun ilk kadrının oynadılması artıq baxış kimi qeydə alınacaq.
Bu isə istifadəçilər videoya tam baxmasa belə, göstərilən baxış saylarının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
Platforma qısa və uzun videolardan podkastlara və canlı yayımlara qədər bütün formatlarda yeni “görüntü əsaslı model”ə keçəcək.
Yeni qaydalara əsasən, videonun ilk kadrı oynadılan kimi “görüntü” qeydə alınacaq. İstifadəçi sadəcə videonun üzərinə gəlsə və video avtomatik olaraq oynamağa başlasa belə, bu, baxış kimi hesablanacaq.
Dəyişiklik 24 avqustdan sonra yüklənən videolara şamil ediləcək. Platformada artıq mövcud olan videoların əvvəlki baxış sayı isə dəyişdirilməyəcək. Bundan sonra həmin videolara əlavə olunan baxışlar yeni qaydalar əsasında hesablanacaq.
Yutub bu dəyişikliklə platformadakı baxışların hesablanmasında daha çox ardıcıllıq yaratmaq istədiyini bildirir. Şirkətin sözlərinə görə, məqsəd izlənilən məzmunun baxış sayında əks olunmasını təmin etməkdir.
Ancaq yeni sistem məzmun yaradıcılarının gəlirlərinin avtomatik artacağı anlamına gəlmir. Yutub reklam gəlirlərinin hesablanması üçün ayrıca metrikdən istifadə etməyə davam edəcək. “Məşğul baxışlar” adlanan bu göstərici istifadəçinin videoya müəyyən müddət baxmasını nəzərə alır və əvvəlki baxış standartına daha yaxındır.
Yəni videoların altında görünən baxış sayları sürətlə artsa da, bu artım birbaşa reklam gəlirlərinə təsir etməyəcək.
Digər Xəbərlər
30 Avqust 2026 15:10
"Telegram"dan bloklamalara qarşı yeni addım
29 Avqust 2026 09:00
İlk qatlanan “iPhone” təqdim ediləcək - Tarix açıqlandı
28 Avqust 2026 15:31
"Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi
28 Avqust 2026 13:01
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
27 Avqust 2026 09:30
Feysbuk və instaqramda yenilik - Gecə girişləri məhdudlaşdırılacaq
25 Avqust 2026 09:31
Daha bir ölkə 16 yaşdan kiçiklər üçün sosial medianı qadağan etməyə hazırlaşır
24 Avqust 2026 23:47
"ChatGPT"-də gizli söhbətlərlə bağlı YENİLİK
24 Avqust 2026 19:11


Bakı -°C

