Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
Milyonlarla insanın istifadə etdiyi süni intellekt söhbət botu "ChatGPT" düz 40 min gəncin əsas dolanışıq mənbəyi olan gəlirli sahəni demək olar ki, bazardan silib atdı.
Xüsusilə inkişaf etməkdə olan ölkələrdə internet üzərindən sərbəst şəkildə (freelance) çalışan minlərlə rəqəmsal əməkçi üçün süni intellekt əsl dağıntıya çevrilib. Illərdir ali təhsilli gənclərin ən böyük gəlir maddəsi olan onlayn məzmun və ev tapşırığı istehsalı OpenAI-ın inkişaf etdirdiyi yaradıcı süni intellekt sistemləri qarşısında uduzub.
Adalet.az xəbər verir ki, hekayə ucuz və yüksək sürətli internetin yayılması ilə başladı. Universitet məzunu gənc işsizlərin çox olduğu bölgədə, xaricdəki tələbələr üçün akademik mətn və tapşırıq hazırlamaq sektoru nəhəng bir bazara çevrildi. Adambaşına başına 40-70 dollar qazandıran bu sahə minlərin gəncin həyatını xilas edən bir çörək ağacına çevrilmişdi. Tək bir şəhərdə təxminən 40 min nəfərin bu sistemdən mütəmadi gəlir əldə etdiyi bildirilirdi.
"ChatGPT" bazara çıxarıldıqdan sonra tələbələr saniyələr içində pulsuz mətnlər istehsal etmək imkanı qazandılar və kölgə yazarlara olan tələbat dərhal kəskin azaldı. Lakin süni intellektin səbəb olduğu fəlakət təkcə yazarlıqla məhdudlaşmadı; səs-mət transformasiyası (transkripsiya) və məzmun moderatorluğu kimi yüz minlərlə insanın sığındığı rəqəmsal çörək qapıları da bir-bir bağlandı.
Mütəxəssislər və işini itirən işçilər baş verənlərin aysberqin yalnız görünən tərəfi olduğunu xatırlatdılar. Süni intellektin qlobal miqyasda çox daha böyük bir məşğulluq böhranına səbəb olacağını qeyd edirlər.
Digər Xəbərlər
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026 15:41
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
27 Sentyabr 2026 11:36
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
26 Sentyabr 2026 10:10


Bakı -°C

