Şagirdlərin belləri əyilib
Bu gün Azərbaycan məktəblərində ibtidai sinif şagirdlərinin nələr çəkdiyini çoxlarımız yaxşı bilirik!
Bilirik ki, onların kitab -dəftərlərlə dolu çantaları nə qədər ağır olur. Bu çantaları göturməyə hər şagirdin gücü çatmır.Gücü çatanlarsa, o çantanı götürərkən çox əziyyət çəkir. Həkimlər, eləcə də ayrı- ayrı ekspertlər bildirir ki, ibtidai siniflərdə oxuyan şagirdləri bu çəntanı çiyninə alıb, apararkən həddindən artıq ağır olduğuma görə, tez yorulur və belələri əyilir.
Bu isə gələcəkdə həmin uşaqlarda müxtəlif xəstəliklərin yayılmasına, eləcə də fəqərə yırtığının olmasına şərait yaradır! Bir neçə gün bundan öncə Yeni Günəşlidə dərsdən nəvəsini çıxmasını gözləyən nənə uşaq gələn kimi, çantanı onun əlindən alaraq öz belinə keçirdi! Artıq bütün cəmiyyət və valideynlər yaxşı bilir ki, çantalar həddindən artıq ağır olur və bunu götürən şagirdlərin beli əyilir! Neçə illərdir bu barədə sosial şəbəkələrdə, cəmiyyətdə müzakirələr gedir, amma çox təəssüf ki, problemlər bu günə kimi, öz həllini tapmayıb! Nəticədə isə ibtidai siniflərdə təhsil alan şagirdlər isə min bir əziyyətlə üzləşir.
Ona görə də Elm və Təhsil Nazirliyi bu məsələni diqqət mərkəzində saxlamalı və problemin tezliklə həllinə Nail olmalıdır. Yoxsa, əks- təqdirdə o uşaqlar həllə bundan sonra da çiyinlərində gücləri çatmadığı çantanı çox daşımalı olacaqlar!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
17 Dekabr 2025 12:01
45 məktəbdə istilik sistemi yeniləndi
17 Dekabr 2025 10:33
Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir - VİDEO
12 Dekabr 2025 14:24
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10 Dekabr 2025 18:50
"Müəllim adını daşıyanlar Ümummilli liderin işıqlı xatirəsini..."
10 Dekabr 2025 16:37
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
10 Dekabr 2025 13:28
Distant iş zamanı əməyin mühafizəsi necə olacaq? - AÇIQLAMA
09 Dekabr 2025 21:15
Valideynlər övladlarının fənn nəticələrini portal üzərindən izləyə biləcəklər
08 Dekabr 2025 20:07


Bakı -°C

