16 Sentyabr 2025 18:07
90
SİYASƏT

Sahibə Qafarova Malayziyaya işgüzar səfər edib

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Malayziyanın Kuala Lumpur şəhərinə səfər edib.

Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Kuala Lumpur beynəlxalq hava limanında nümayəndə heyətini Senatın vitse-prezidenti Datuk Nur Jazlan bin Tan Sri Mohamed, Senatın katibi Muhd Sujairi bin Abdullah, Nümayəndələr Palatasının katibi Nizam Maydin bin Baça Maydin, Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə Milli Məclisin sədri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının sessiyasında iştirak edəcək.
Sahibə Qafarovanın sessiyada çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.