U-15 millimiz Monteneqro yığması ilə heç-heçə etdi

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Adalet.az xəbər verir ki, yığma Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.
Digər Xəbərlər

"Qarabağ"ın gəncləri "Benfika"ya 7 qolla uduzdu - VİDEO

"Formula 1": Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq

Əliyar Ağayev Çempionlar Liqasının oyununu idarə edəcək
