adalet.az header logo
  • Bakı -°C
05 Aprel 2026 17:31
114
İDMAN
A- A+

Yeniyetmə cüdoçularımız Avropa Kubokunda 24 medal qazandılar

Azərbaycanın yeniyetmə cüdoçuları Gəncədə keçirilən Avropa Kubokunu 24 medalla başa vurublar.

Adalet.az xəbər verir ki,  Gəncə İdman Sarayındakı turnirin ikinci günündə daha 11 idmançı mükadatçılar sırasına düşüb.

Yusuf Nəzər (73 kq) və Yaqub Məmmədov (81 kq) qızıl, Sadiq Məmmədov (73 kq) gümüş medala sahib çıxıb.

Akif Məmmədli (73 kq), Polad Həsənli Amin Mehdiyev (hər ikisi 81 kq), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi 90 kq), Hüseyn Hüseynov, Tamerlan Əliyev (hər ikisi +90 kq), Məsumə Məmmədli (70 kq) bürünc mükafat qazanıblar.

Xatırladaq ki, ilk gündə Azərbaycanın yeniyetmə cüdoçuları 13 medal qazanıblar.