Qurbanovun oğlu qol vura bilmədi, ağladı -Video
Avro-2021-in seçmə mərhələsinin Gürcüstanla oyununda (0:3) yaxın məsafədən topu qapıya göndərə bilməyən U-21 yığmamızın hücumçusu Musa Qurbanlı matçdan sonra göz yaşlarını saxlaya bilməyib.
Qol.az xəbər verir ki, meydanın mərkəzində uzanıb ağlayan "Qarabağ"ın baş məşqçisiQurban Qurbanovun oğlunu millimizin baş məşqçisi Milan Obradoviç sakitləşdirib.