adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Aprel 2024 18:15
1529
ƏDƏBİYYAT

Tərlanə Yaqubqızı: Yadındamı, əziz dostum...

Bahəddin Həziyə

Yadındamı, əziz dostum, tələbəlik illərimiz?
Ayrı-ayrı rayonlardan, şəhərlərdən gəlmişdik biz.
Az müddətdə qaynamışdıq, qarışmışdıq,
Uşaq kimi gah küsüb, gah barışmışdıq.

Qan vermədim, 'Komsomolun projektoru"na düşdü adım.
 Redaktoru yaxın dostun Qənimətdi,   (yada saldım).
 Bu tənqiddən inan elə sarsılmışdım,
 Evə gedib otagımda gizli- gizli aglamışdım.

İndi necə şirin gəlir o illərin xatirəsi?
Ah, kaş yenə  olaydıq biz universitet tələbəsi...
Bir sehirli xalat geyib qayıdardıq o vaxtlara-
Qayıdardıq ötən əsrə, səksənlərə, doxsanlara.

O illəri xatırlarkən nədən belə diksindim mən?
Qara yanvar yada düşdü, istəmədim geri gönəm.
İlk tələbə şəhidləri Xiyabanda dəfn elədik,
Bir gecədə yaşa dolduq, bir gecədə müdrikləşdik.

Yaman çətin zamanlara düşdü bizim gəncliyimiz,
Olmadı bir əyləncəmiz, olmadı bir dincliyimiz.
Meydanlarda ayaq döydük səhərədək,
Belə yazdı bəxtimizi zalım fələk.

Sevgisini ürəyində  gizlədən igid oglanlar
Vətən adlı sevgiliyçün cəbhələrə yollandılar.
Azadlığa qovuşmaqçun neçə canlar qurban oldu.
Yaşamadan gəncliyini, bizim nəsil yaşa doldu.

O ki  qorxurdu baxmaga sevdiyinin gözlərinə,
Heç qorxmadan əldə silah getdi  ölüm üzərinə!
Neçə qeyrətli gəncimiz şəhid oldi, qazi oldu,
Necə qeyrətsiz olanlar hazırına nazir oldu?!

Ürək necə sızlamasın, ürək necə dərd çəkməsin?
Elə boğmaq istədilər dörd bir yanda haqqın səsin.
Biz azadlıq meydanının yetirdiyi cocuqlarıq,
30 il əvvəlki kimi hələ də haqq axtarırıq!

Ey millətə düşmən olan, bəsdi daha az maskalan!
Məmurlara kölə kimi baş əyirsən,  az yaltaqlan.
Əyləşmisən kabinetdə, xofun basır qorxaqları,
Adamda bir vicdan olar,  özünə gəl, ayıl barı.

Əziz dostum, illərdir ki, qələminlə külüng çaldın,
Bu millətin haqq işiyçün görürəm erkən qocaldın.
Nə qədər ku , sənin kimi ogullar var vətənimdə,
Yaşamaga dəyər hələ, yaşayacaq Vətənim də.