adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Aprel 2024 14:08
809
İDMAN

AFFA "Qarabağ"ı cərimələdi

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib.

Adalet.az milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna Azərbaycan Kubokunda yarımfinal mərhələsinin “Neftçi” ilə cavab oyunundan sonra meydana kənar şəxslərin çıxması səbəb olub.

İntizam Komitəsi buna görə Ağdam klubunu 800 manat cərimə edib.