adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Aprel 2024 13:41
391
DÜNYA

İsveçli qadın Quranı yandırdı

İsveçli fəal Ceyd Sandberq Stokholmda Quran yandırıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, qadın islam əleyhinə çıxış edib və əlində taxtadan hazırlanmış xaç tutaraq Quranı yandırıb.

Aksiyanın polisin nəzarəti altında həyata keçirildiyi bildirilib.

Qadın növbəti aksiyasını mayın 3-də Malmö şəhərində keçirəcəyini deyib.