adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Aprel 2024 15:44
889
İDMAN

AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.

Xoşagəlməz hadisə Əvəzedicilər Liqasında XXXI turun “Zirə-2” - “Neftçi-2” oyununda baş verib.

52-ci dəqiqədə Ramin Abdullayev qonaq komandanın futbolçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. “Neftçi-2”nin heyətində isə eyni səbəbdən 75-ci dəqiqədə Fərid Səfərli, 78-ci dəqiqədə isə İbrahim Novruzov meydandan qovulublar.

Hər üç futbolçu üçoyunluq cəzalanıb. “Zirə-2” 200 manat, “Neftçi-2” isə 400 manat cərimə ödəyəcək.