adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Aprel 2024 17:32
1252
HADİSƏ

Sədərək rayonunda sursat partladı: İki nəfər həlak oldu

Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu Əliyev həlak olublar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub.

Faktla bağlı Sədərək Rayon Prokurorluğunda araşdırma aparılır.