adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2025 17:10
42
İDMAN
A- A+

Özbəkistanlı şahmatçı dünya çempionu oldu 

Özbəkistan təmsilçisi Javohir Sindarov Hindistanın Qoa şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi olub.

Adalet.az xəbər verir ki, o, final görüşünün tay-breykində çinli rəqibi Vey İ ilə dueldən qalib ayrılıb.

Sindarov, Vey İ və yarışı üçüncü sırada bitirən rusiyalı Andrey Yesipenko 2026-cı ildə keçiriləcək İddiaçılar Turnirində iştirak etmək hüququna yiyələniblər.