BƏƏ Prezidenti Fərid Əhmədovu qəbul etdi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.
Bu barədə Adalet.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fərid Əhmədov ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını BƏƏ dövlət başçısına çatdırıb. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan dövlət başçısına çatdırmağı xahiş edib.
Əbu-Dabidə baş tutan qəbul zamanı Azərbaycan və BƏƏ prezidentlərinin təşəbbüsləri sayəsində iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində olduğu diqqətə çatdırılıb.
Ölkə başçılarının əldə etdiyi razılıqlar əsasında iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış mülki və ticarət işləri üzrə, eləcə də cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya haqqında müqavilələr çərçivəsində əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ədliyyə sahəsində sıx əməkdaşlığın ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verdiyi qeyd edilib.
Söhbət zamanı iki ölkə arasında hüquqi, eləcə də ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanların olduğu diqqətə çatdırılıb.
Digər Xəbərlər
26 Noyabr 2025 16:49
Əli Əsədov Oleq Belozyorovu qəbul edib
26 Noyabr 2025 15:51
Prezident İslamiadada ən yüksək nəticələr göstərmiş idmançıları mükafatlandırdı
26 Noyabr 2025 15:46
Prezident nazir müavinlərinə ali xüsusi rütbə verdi
26 Noyabr 2025 11:40
Azərbaycan və Ermənistan parlament nümayəndələri İstanbulda nə barədə danışıblar?
26 Noyabr 2025 11:16
Bakı kimi Ər-Riyad da böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malikdir - FOTOLAR
26 Noyabr 2025 10:11
Pakistanın Baş naziri Mikayıl Cabbarovu qəbul etdi- FOTOLAR
26 Noyabr 2025 09:33
Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT Baş Assambleyası və TŞ-nın sənədi kimi yayımlanıb
25 Noyabr 2025 20:09


Bakı -°C

