“Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir - FOTOLAR
“Azərsun Holdinq” 25–27 noyabr tarixlərində Sankt-Peterburq şəhərində keçirilən ənənəvi “PeterFood” beynəlxalq ərzaq sərgisinin əsas iştirakçılarındandır. Şirkət ölkəmizin adından çıxış edərək məhsul müxtəlifliyini və istehsal gücünü geniş auditoriyaya təqdim edir.
Sərgidə holdinqə məxsus müxtəlif zavod və fabriklərdə istehsal olunan konservləşdirilmiş məhsullar, içkilər, kompotlar, limonadlar, nar şirəsi, turşu məhsulları, mürəbbələr və digər qida çeşidləri nümayiş olunur. Stendimizdə məhsulların təqdimatı ilə yanaşı, dequstasiya da həyata keçirilir ki, bu da ziyarətçilərə Azərbaycan brendlərinin keyfiyyətini birbaşa qiymətləndirmək imkanı verir.
Sərgi çərçivəsində “Azərsun Holdinq” nümayəndə heyəti müxtəlif ölkələrdən olan şirkətlər, xüsusilə də Moskva və ətraf regionlarda fəaliyyət göstərən iri marketlər şəbəkələri və topdan satış şirkətləri ilə işgüzar görüşlər keçirib. Mövcud əməkdaşlıqların genişləndirilməsi və yeni satış kanallarının açılması istiqamətində müzakirələr aparılıb.
“Azərsun Holdinq” üçün “PeterFood” sərgisində iştirak həm məhsulların beynəlxalq bazarlarda daha geniş tanıdılmasına, həm də Azərbaycanın ərzaq sənayesinin ixrac imkanlarının artırılmasına mühüm töhfə verir.
Digər Xəbərlər
26 Noyabr 2025 16:13
Bu il Azərbaycana nə qədər turist gəlib?
26 Noyabr 2025 14:37
Kirayə mənzil verənlərdən vergi tutulması ilə bağlı rəsmi açıqlama
25 Noyabr 2025 16:18
Ələt azad iqtisadi zonası üçün torpaq sahəsi alınacaq
25 Noyabr 2025 16:03
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişdi
25 Noyabr 2025 15:40
SOCAR bütün yataqları rəqəmsal idarəetmə modelinə keçirir
25 Noyabr 2025 12:38
Azərbaycanda dövlət qulluqçuları 2 min manatadək orta aylıq əməkhaqqı alır
25 Noyabr 2025 12:30
"Qanunsuz olaraq malın, maşının saxlanılmasından uzaq durmalıdırlar" - Deputat
25 Noyabr 2025 11:30


Bakı -°C

