adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2025 20:08
86
İDMAN
A- A+

"Qarabağ" "Napoli"yə uduzdu - YENİLƏNİB

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Adalet.az-ın məlumatına görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv V turda İtaliyada "Napoli"nin müvafiq yaş qrupundan ibarət komandasına 0:2 hesabı ilə uduzub.

Əvvəlki 4 qarşılaşmada uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, sözügedən matç 61-ci dəqiqədə şiddətli yağış səbəbindən yarıda dayandırılıb. Təxminən 30 dəqiqəlik fasilədən sonra matç qaldığı yerdən davam edib.

 

***

UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyunu bərpa olunub.

Ağdam klubundan Adalet.az-a verilən məlumata görə, 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılan qarşılaşma davam edir.

Qeyd edək ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

*** 19:14

UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyununda məcburi fasilə yaranıb.

Ağdam klubundan Adalet.az-a verilən məlumata görə, qarşılaşma 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Matçın keçirildiyi "Cuzeppe Pikkolo" stadionunun ot örtüyü süni olduğundan matçı davam etdirmək mümkün olmayıb.

Paltardəyişmə otağına yollanan komandalar hakimin qərarını gözləyirlər. Hazırda hesab "Napoli"nin xeyrinədir - 1:0.

Qeyd edək ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.