"8-10 dəqiqə ərzində oyunu itirdik" - Qurban Qurbanov
Rəqibi qələbə münasibətilə təbrik edirəm.
Adalet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyada “Napoli”yə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
O, məğlubiyyətə baxmayaraq, komandasının layiqli mübarizə apardığını bildirib: “Futbolçular çəkinmədən çıxış etdilər. Sonadək cəsarətli oyun göstərdilər. Rəqibimiz böyük komandadır. Yenə təkrar edirəm, bu cür turnirdə oynayırıq, bütün matçlardan həzz almalıyıq”.
Baş məşqçi birinci qoldan əvvəl edilən əvəzetmələrin oyuna təsir etdiyini söyləyib: “Hər şey plana uyğun gedirdi. Beşli müdafiədən dördlü müdafiəyə keçdiyimiz zaman 8-10 dəqiqə ərzində oyunu itirdik. Bu da matçın taleyinə təsir etdi. “Napoli” son iki görüşdə beşli müdafiədə oynayırdı. Rəqibin təcrübəli futbolçuları fərq yaratdılar”.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

