adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ORTAQ TüRKCƏ-2

TOFİQ ABDİN
26545 | 2009-12-05 04:17
Yabançı olduk şimdi
   
   Yazık bir-birizmize
   
   İstesen gel dönelim,
   
   Eski günlerimize.
   
   
   
   Unudulmaz müğənnimiz
   
   Rəşid Behbudovun
   
   Sovetlər zamanında oxuduğu mahnıdan
   
   Ortaq türkcəyə doğru atılan addımlarda və görülən praktiki işlərdə ayrı-ayrı yazarların təşəbbüsü diqqət çəkməkdədir ki, mən bu məsələyə ötən yazımda toxunmuşdum. Və təbii ki, Orta Asiya türk cumhuriyyətlərində indi hansı işlər görülür tam xəbərim yoxdur, ancaq göz önündə olan bu ki, kim ki, ortaq türkcədən danışır, onlar yazılarında və ideyalarında ortaq türkcədən uzaq işlərlə məşğuldular. Bu ayrı bir dərddi və ayrı bir yazı mövzusudur. Çaparaq bunu da qeyd edim ki, biz çox zaman belə bir giley də eşidirik: Türkiyə türkləri ortaq türkcəyə biganədirlər və bizim qədər yanmırlar bu məsələ üstündə. Bu gileydə müəyyən qədər haq var və mən bunu danmıram. Xüsusilə türkiyəli yazarlar heç zaman azəri türkcəsində olan ən vacib və ən gərəkli sözlərdən istifadə etməkdən vaz keçirlər. Bunu biz onların gündəlik,həftəlik və aylıq yazılar yazan yazarlarının yaradıcılığında görməkdəyik. Amma bu o demək deyil ki, işlər tamamilə başlı-başına buraxılmış və bu biganəlik baş alıb gedir. Xeyir. Türkiyədə yaşadığım illərdə və orada yazdığım yazılarda mən ortaq türkcənin bəlalarından dəfələrlə yazdım və bilməliyik ki, orada da bu işlər sahmanlı olmasa da görülməkdir. Ancaq zamana çox ümid edirik.Zamansa amansız şeydir. Hər zaman indiki kimi imkanlar ələ düşməz. Tam olmasa da, yalandan belə indi bu işə can yandıranlar var. Və şəxsi praktikamdan onu bilirəm ki, oralarda yazdığım yazıların çapında doğallığın və təbiiliyin saxlanmasının ən bariz nümunəsi mənim "ORTADO

TƏQVİM / ARXİV