adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Aprel 2024 11:53
1436
HADİSƏ

Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO

Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər, o cümlədən avtoqəzalar zamanı nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib.

Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdəqalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.