20 Oktyabr 2023 19:47
1881
HÜQUQ

Nəzakət Məmmədova həbs edildi - YENİLƏNİB

Politoloq Nəzakət Məmmədova barəsində istintaq müddəti boyunca 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. 

Adalet.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

***

Politoloq Nəzakət Məmmədova saxlanılıb. 

Adalet.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, politoloq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. 

N.Məmmədova Rusiyaya casusluq etməkdə ittiham olunur.