Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 18-də, saat 10:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Şəki, Qax və Balakən rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
07 Aprel 2026 11:07
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi
06 Aprel 2026 11:46
Kamran Əliyev Nizami rayonunda vətəndaşları qəbul edəcək
31 Mart 2026 13:55
"Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir" - Baş Prokurorluq
17 Mart 2026 15:39


Bakı -°C

