"Almaniya Ukrayna üçün 5 milyard avro dəyərundə Patriot raketi alacaq"

"Almanya üçün alternativ" partiyasının həmsədri Alisa Vaydel ARD telekanalına müsahibəsində bəyan edib ki, Almaniya kansleri Fridrix Mers, alman vergi ödəyicilərinin milyardlarla avrosunu Ukraynaya hədiyə etməklə, 5 milyard avroluq Patriot raketləri almaq istəyir.
Vaydel qeyd edir ki, almanlar başa düşmək istəmirlər ki, nəyə görə, ölkə rəhbərləri Ukrayna üçün pul tapırlar, öz xalqı üçün yox.
Alisa xanım yəqin başa düşmür ki, tələb okeanın o tayından gəlib. ABŞ prezidenti bu günlərdə NATO-nun baş katibi ilə görüşdə, avropalı tərəfdaşlarının vəsaiti hesabına Ukraynaya ABŞ istehsalı uzaq məsafəli Patriot raketlərinin göndəriləcəyini bildirmişdi...
Rüstəm Hacıyev
Digər Xəbərlər

Musson yağışları 125 nəfərin həyatına son qoyub

Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüyünə siyasi maneələr dərhal aradan qaldırılmalıdır

"Beynəlxalq məhkəməyə müraciət Bakının haqqıdır" - Peskov AZAL təyyarəsindən danışdı
