Əbülfət Mədətoğlu: Tək...
Qollarımı düyün salıb sinəmdə
Yaddaşımı ələyirəm canım, tək...
Sızıldayır ruhum kimi sinəm də -
Bu ağrını ovuduram canımtək!
Elə bil ki, bitib bütün hay- haray,
Bu məqamda necə deyim ay, haray!..
İşartısın, ömür adlı bir saray -
Hiss etdirmir, indi sənə anım tək!
Gözlərimdə dumanlanıb dağ, dərə
Sel yuyubdu itib indi yol, bərə!
Dərk edirəm bunu artıq min kərə -
Doğulmuşam yanmaq üçün - yanım tək!
Əbülfətəm, sən də ruh tək məndəsən,-
Həm bütövük, həm də para mənlə sən!
Hər məqamda, hər zamanda mənləsən -
Necə bunu de, gizlədim, danım, tək!
Digər Xəbərlər
25 Mart 2026 19:15
SEYRAN SƏXAVƏT - AZƏRBAYCAN ƏDƏBİYYATINDA "XRİZANTEMA"
25 Mart 2026 18:27
Sərhədlərdən Uzaqda Başlayan Əxlaqın Səsi
25 Mart 2026 18:05
"Çıxarılmamış xəzinə" - Pərvanə Bayramqızı yazır
23 Mart 2026 15:28


Bakı -°C

