29 Sentyabr 2025 21:00
121
DÜNYA

Netanyahu Dohaya edilən son hücuma görə Qətərin Baş nazirindən ÜZR İSTƏDİ

İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS rəhbərliyini məhv etmək məqsədilə Dohaya edilən son hücuma görə Qətərin Baş nazirindən üzr istəyib.

Adalet.az xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanalı" məlumat yayıb.

Netanyahunun Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Əl-Tani ilə telefon danışığı apardığı və sentyabrın 9-da Qətərin paytaxtına hücuma görə üzr istədiyi vurğulanıb.

Telekanalın mənbəsi onu da bildirib ki, İsrailin Baş naziri hücumda Qətər təhlükəsizlik xidmətinin əməkdaşının ölümündən təəssüfləndiyini bildirib.