Məhkəmə Saakaşvilini təqsirli bildi - 3 milyon dollar ödəməlidir

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili (2004-2013) və onun keçmiş təhlükəsizlik rəhbəri Teymuraz Canaşiyanı siyasətçinin hakimiyyəti dövründə mənimsəmələrinə görə dövlət xəzinəsinə 9 milyon lariyə qədər (3 milyon dollardan çox) ödəməyə qərar verib.
Adalet.az xəbər verir ki, bu barədə Gürcüstanın "İnterpress" xəbər agentliyi məlumat yayıb.
Müvafiq qərarı Gürcüstan Maliyyə Nazirliyinin tələbi ilə hakim Aleksandr Qzirişvili çıxarıb. Agentlik iddia edib ki, bu ilin mart ayında Saakaşvili və Canaşiya təqribən 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilindiyindən bu vəsaitlərin xəzinəyə qaytarılması zəruridir.
Sentyabrın 27-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Gürcüstan hakimiyyəti keçmiş prezident Mixail Saakaşvilinin (2004-2013-cü illər) təsis etdiyi müxalif Vahid Milli Hərəkat partiyasının fəaliyyətinin qadağan edilməsi tələbi ilə bu ilin oktyabrında ölkənin Konstitusiya Məhkəməsində iddia qaldırmağı planlaşdırır.
Digər Xəbərlər

Netanyahu Dohaya edilən son hücuma görə Qətərin Baş nazirindən ÜZR İSTƏDİ

Somalidə silahlılar BMT-nin helikopterini ələ keçirdi

Tramp bu filmlərə 100 faiz tarif tətbiq edir
