29 Sentyabr 2025 19:20
129
DÜNYA

Lukaşenko qoca adamdır, öz dünyasında yaşayır - Zelenski

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin qoca adamlardır.

Adalet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski Lukaşenkonun “bir yerdə oturub razılığa gəlmək” təklifini rədd edib:

“Düzünü desəm, Lukaşenkonun dediklərinə reaksiya vermək çətindir. O, öz dünyasında yaşayır. Putin hərdən onunla görüşür və onlar köhnə işlərindən danışırlar. Şərh etmək çətindir. Kiyev regionu illərdir uçuruma sürükləyən insanlarla konvensiya əsasında sülh oynamağa hazır deyil. Lukaşenko eyni vaxtda hədələyir: “Moskvanın şərtlərini qəbul etməsəniz, ölkəni itirəcəksiniz”. Cavab artıq verilib: “Xeyr”.

Qedy edək ki, sentyabrın 26-da Lukaşenko Zelenski ilə danışmaq istədiyini bildirmişdi.