Əli Əsədov: Azərbaycanın sənaye transformasiyasında əldə etdiyi nailiyyətlər dünya miqyasında tanınır
Azərbaycanın sənaye transformasiyasında əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda tanınır, çünki ölkədə yeni texnologiyaların tətbiqi və sənayenin transformasiyası üzrə sistemli siyasət aparılır.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə keçirilən "Yeni texnologiyalar ittifaqı: Gələcəyin sənayesinin yaradılması" adlı iclasda deyib.
O, nümunə olaraq qeyd edib ki, SOCAR-ın Türkiyədəki aktivləri olan "Petkim" və STAR zavodları dünyanın ən qabaqcıl rəqəmsallaşmış sənaye obyektləri kimi Dünya İqtisadi Forumunun nüfuzlu mükafatına layiq görülüb. "Bundan əlavə, bu il Azərbaycanda fəaliyyət göstərən "SOCAR Karbamid" zavodu mükafata layiq görülüb. Bu nailiyyətlər Azərbaycanın sənaye transformasiyasına iddialı və mütərəqqi yanaşmasının parlaq nümunəsidir", - Ə.Əsədov bildirib.
Baş nazir vurğulayıb ki, son on ildə Azərbaycan sənayeləşməni təkcə iqtisadi siyasətin tərkib hissəsi kimi deyil, həm də uzunmüddətli dayanıqlı inkişafın təməli kimi müəyyənləşdirib: "Azərbaycanda sənayeləşmə yeni mərhələyə qədəm qoyub. Burada əsas diqqət təkcə istehsalın artırılmasına deyil, həm də onun səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına yönəlib. Sənaye zonalarının inkişafı və investisiya təşviqləri texnologiya, insanlar və infrastruktur innovasiyalara və ixraca əsaslanan böyüməyə töhfə verdiyi ekosistemlər yaradır".
O, həmçinin əlavə edib ki, dövlət dəstəyi çərçivəsində sənaye "4.0 Sənayesinə Hazırlıq Proqramı" həyata keçirilir və bu, qabaqcıl texnologiyaların mənimsənilməsini asanlaşdırır və nəticədə sənaye müəssisələrinin səmərəliliyini və rəqabət qabiliyyətini artırır.
"Azərbaycan uğurlu sənaye transformasiyasının əsas amili olan, qabaqcıl texnologiyalar və təcrübə mübadiləsinə imkan verən beynəlxalq əməkdaşlığın gücləndirilməsinə sadiqdir", - hökumət başçısı fikrini yekunlaşdırıb.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

