Məşhur çips məhsulunda uyğunsuzluq aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən mononatrium qlütamat (E 621) − qida əlavəsi ilə bağlı keçirilən monitorinqlər çərçivəsində 29 yerli istehsal müəssisəsində müxtəlif məhsuldan 45 nümunə götürülərək laborator müayinələrə cəlb olunub.
Adalet.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Qeyd olunub ki, sınaq nəticəsində "Rekord-2022" MMC-yə məxsus 1 nümunədə ("Rekord" əmtəə nişanlı 03.08.2025-03.02.2026 istehsal və son istifadə tarixli məhsul partiyası) və "Qəbələ Konserv Zavodu" MMC-yə məxsus 2 nümunədə ("Chipsim Kabab" əmtəə nişanlı 19.08.2025-19.04.2026 istehsal və son istifadə tarixli, "Chipsim Tomat" əmtəə nişanlı 07.08.2025-07.04.2026 istehsal və son istifadə tarixli məhsul partiyalarında) qida əlavəsinin normadan artıq olduğu müəyyən edilib.
Aşkar edilmiş uyğunsuzluqla əlaqədar istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun zəruri tədbirlər görülərək, qeyd olunan istehsal tarixli məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması və yığışdırılmasına dair müvafiq qərar qəbul olunub.
Qeyd edək ki, mononatrium qlütamat yeməklərin dadını gücləndirmək üçün istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində "E621" və ya "monosodium glutamate" kimi qeyd edilir. Qida sənayesində əsasən kolbasa, sosis, hazır şorbalar, fastfud, çips və konservlərdə geniş istifadə olunur. Yol verilən həddən artıq qəbulu insanlarda allergik reaksiyalar, nevroloji təsirlər yarada bilər. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə 3-5 qram və daha çox qəbul etdikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Nəzərə almaq lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər.
Digər Xəbərlər

İdman zallarında qəfil infarktın səbəbi nədir? - Həkimdən AÇIQLAMA

Ürək cərrahı olan deputat Cabirin ölümündən yazdı

117 il yaşayan qadının uzunömürlülük sirri açıqlandı - hər gün 3 porsiya...

Onkoloji xəstələr üçün dərman tapılmır - VİDEO

İmişlidə toyda zəhərlənənlərin sayı artıb: Vəziyyəti ağır olanlar...

Liposaksiyadan sonra bədəni çürüyür - Ana olmaqdan da məhrum oldu - VİDEO

PSİXOLOQ: “ …bu kimi səbəblər boşanmalara yol açır”
